Fransanın Liqa 2-nin ən köhnə klublarından biri olan "Ajaccio" maliyyə böhranı səbəbilə 13 milyon avro borcunu ödəyə bilməyərək iflas elan edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, 1910-cu ildə qurulan 115 yaşlı klub, ödənişləri dayandıraraq ləğv olunmağa başlayıb. Bu qərar, klubun peşəkar liqalardakı gələcəyini təhdid edir.
Ajaccio-nun Liqa 2-dəki növbəti iki oyunu təxirə salınıb. İflas elan edilməsi, 180 işçinin ixtisarına və məşq mərkəzinin bağlanmasına səbəb olub.