"Qarabağ" darmadağınla qalib gəldi - YENİLƏNİB

00:53 - 20 Avqust 2025

\"Qarabağ\" darmadağınla qalib gəldi - YENİLƏNİB

"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Ferentsvaroş"a (Macarıstan) qalib gəlib.


Manset.az xəbər verir ki, "Qroupama Arena"da keçirilən matçda Ağdam təmsilçisi 3:1 hesablı qələbəyə sevinib.

Qarşılaşmada hesabı meydan sahibləri açıblar. 29-cu dəqiqədə Barnabas Varqa adını tabloya yazdırıb.

İkinci hissədə dönüş yaradan qonaqlar 50-ci dəqiqədə Marko Yankoviçlə "status-kvo"nu bərpa ediblər .67-ci dəqiqədə diqqət mərkəzinə düşən Kevin Medina "köhlən atlar"ı hesabda irəli çıxarıb. 85-ci dəqiqədə isə rəqib qapısına yol tapan Musa Qurbanlı yekun hesabı müəyyənləşdirib.

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Qalib tərəf UEFA Çempionlar Liqasının, məğlub olan isə Avropa Liqasının əsas mərhələsinə qatılacaq.

***

00:47

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Ferentsvaroş" (Macarıstan) - "Qarabağ" oyununda daha bir qol vurulub.


Manset.az xəbər verir ki, "Qroupama Arena"da keçirilən matçda Ağdam təmsilçisi hesabdakı üstünlüyünü bir qədər də artırıb - 3:1.

85-ci dəqiqədə Musa Qurbanlı meydan sahiblərini oyunu mərkəzdən başlamağa məcbur edib.

***

00:25

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Ferentsvaroş" (Macarıstan) - "Qarabağ" oyununda üçüncü qol vurulub.


Manset.az xəbər verir ki, "Qroupama Arena"da keçirilən matçda Ağdam təmsilçisi hesabda irəli çıxıb- 2:1.

67-ci dəqiqədə Kevin Medina diqqət mərkəzinə düşüb.


***

00:12

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Ferentsvaroş" (Macarıstan) - "Qarabağ" oyununda ikinci qol vurulub.


Manset.az xəbər verir ki, "Qroupama Arena"da keçirilən matçda Ağdam təmsilçisi hesabı bərabərləşdirib - 1:1.

50-ci dəqiqədə Marko Yankoviç fərqlənib.

***

00:06

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Ferentsvaroş" (Macarıstan) - "Qarabağ" oyununda ikinci hissə başlayıb.


Manset.az xəbər verir ki, "Qroupama Arena"da keçirilən matçda meydan sahibləri 1:0 hesabı ilə öndədirlər.

29-cu dəqiqədə Barnabas Varqa adını tabloya yazdırıb.

***

23:50

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Ferentsvaroş" (Macarıstan) - "Qarabağ" oyununda ilk hissə yekunlaşıb.


Manset.az xəbər verir ki, "Qroupama Arena"da keçirilən matçda meydan sahibləri fasiləyə 1:0 hesabı ilə üstün yollanıblar.

29-cu dəqiqədə Barnabas Varqa adını tabloya yazdırıb.

***

23:31

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Ferentsvaroş" (Macarıstan) - "Qarabağ" oyununda hesab açılıb.


Manset.az xəbər verir ki, "Qroupama Arena" stadionunda keçirilən matçda meydan sahibləri hesabı açıblar.

29-cu dəqiqədə Barnabas Varqa adını tabloya yazdırıb.

***

23:03

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Ferentsvaroş" (Macarıstan) - "Qarabağ" matçı start götürüb.


Manset.az xəbər verir ki, qarşılaşması "Qroupama Arena" stadionunda keçirilir.

Görüşü portuqaliyalı FIFA referisi Juan Pedru da Silva Pineyru idarə edir.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az