“İlk olaraq futbolçularımı təbrik edirəm. Çox gərgin oyun olmağına baxmayaraq bu qədər azarkeş önündə sona kimi döyüşdülər, sona kimi ən yaxşısını etməyə çalışdılar”.
Manset.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib:
Təcrübəli mütəxəssis Çempionlar Liqasının pley-off mərhələsinin ilk görüşündə səfərdə Macarıstanın “Ferentsvaroş” klubu üzərindəki 3:1 hesablı qələbədən danışıb:
“Azərbaycanlı azarkeşlərimizə də təşəkkür etmək istəyirəm, bizi tək qoymadılar. Eləcə də digər komandanın azarkeşlərinə. Çox gözəl azarkeşlik edirdilər, stadionda çox gözəl ab-hava var idi. Hesab bizi aldatmamalıdır. Bəli, üstünlüyümüz var. Amma biz Bakıdakı oyunda daha ciddi və diqqətli olmalıyıq. Çünki rəqibin elə bir oyun üslubu var ki... Heç nədən qol vurma qabiliyyəti olan oyunçuları olan bir kollektivdir. Hər bir halda ikinci oyunda daha ciddi olacağıq və şansımızdan maksimum istifadə etməyə çalışacağıq”.