“Ferentsvaroş”un prezidentindən “Qarabağ”a TƏBRİK

10:39 - 20 Avqust 2025

“Ferentsvaroş”un prezidentindən “Qarabağ”a TƏBRİK

Macarıstanın “Ferentsvaroş” klubunun prezidenti Qabor Kubatov “Qarabağ”ı UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda qazandığı qələbə münasibətilə təbrik edib.


Manset.az xəbər verir ki, funksioner bununla bağlı sosial şəbəkə hesabında yazıb: 

“Qarabağ”ı təbrik edirəm. Bu gün hər şeyi düzgün etdilər. Amma biz heç vaxt təslim olmayan komandayıq. İrəli, “Ferentsvaroş”.

Qeyd edək ki, “Qarabağ” Budapeştdə keçirilən ilk matçda “Ferentsvaroş”u 3:1 hesabı ilə məğlub edib. Cavab qarşılaşması avqustun 27-də Bakıda olacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az