Misli Premyer Liqasında II turun daha bir oyunu keçirilib.
Manset.az xəbər verir ki, günün yeganə matçında “Kəpəz” “Karvan-Yevlax”la üz-üzə gəlib.
Qarşılaşma Yevlax təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 3:2.
Qalibiyyət qollarını 38-ci dəqiqədə penaltidən Coy Sleyd Mikels, 52-ci dəqiqədə Tompson Qavi, 89-cu dəqiqədə Kayl Spens vurub. 77-ci dəqiqədə Məqsəd İsayev, 90+6-cı dəqiqədə isə Vitor Feyjao Gəncə klubunun təsəlli qoluna imza atıblar.
Qeyd edək ki, turun əvvəlki matçlarında "İmişli" "Neftçi" ilə qolsuz bərabərə qalıb. "Sumqayıt" isə səfərdə "Qarabağ"a (1:0) qalib gəlib. Digər qarşılaşmalar avqustun 24 və 25-də keçiriləcək.