“Arsenal” yarımmüdafiəçi Viktor Ojianvounun transferi ilə bağlı “Şemrok Rovers”lə razılığa gəlib.
Manset.az.az xəbər verir ki, vu barədə jurnalist David Ornsteyn məlumat verib.
Klubun İrlandiya üçün rekord məbləğdə təzminat alacağı, Viktorun isə ilkin müqaviləyə əsasən “topçular”ın futbolçusu olacağı və 2027-ci ilin qışında komandaya qoşulacağı qeyd edilir.
İlkin məlumatlara görə, “Şemrok” oyunçusu üçün təxminən 2 milyon avro “xalis” gəlir alacaq. “Liverpul” daha əvvəl yarımmüdafiəçini izləyirdi.
Ötən mövsüm 16 yaşlı Ojianvuna bütün yarışlarda 15 oyun keçirib (321 dəqiqə) və bir qol vurub.