"Fənərbaxça" klubu xorvatiyalı qapıçı Dominik Livakoviçin mövsümün sonuna qədər "Jirona"ya icarəyə verildiyini açıqlayıb.
Manset.az türk mediasına istinadən xəbər verir ki, İstanbul təmsilçisi braziliyalı qapıçı Edersonu heyətinə qatmağa hazırlaşdığı üçün Livakoviçi icarəyə göndərib.
30 yaşlı qolkiper cari mövsümün sonuna qədər İspaniya La Liqa təmsilçisinin formasını geyinəcək.
Türkiyə klubu transferlə bağlı rəsmi açıqlamasında bildirib:
"Klubumuz Dominik Livakoviçin mövsümün sonuna qədər icarə transferi üçün İspaniyanın 'Jirona' klubu ilə razılığa gəlib. Futbolçumuza uğurlu və zədəsiz bir mövsüm arzulayırıq."