Transfer pəncərəsinin son günündə “Qalatasaray” daha bir möhtəşəm transferə imza atıb.
Manset.az "haberler.com"-a istinadən xəbər verir ki, Uğurcan Çakır və İlkay Gündoğandan sonra sarı-qırmızılılar indi də milli ulduz Hakan Çalhanoğlunu heyətinə qatıb.
Beynəlxalq futbolçu Hakan Çalhanoğlu “Qalatasaray”da oynamaq istədiyini açıq şəkildə bildirərək, hazırkı klubu “İnter”ə qarşı üsyan bayrağı qaldırıb. O, İtaliya klubunun rəhbərliyinə “Mən indi “Qalatasaray”da oynamaq istəyirəm, transfer haqqı olmadan buradayam və sizdən işi asanlaşdırmanızı gözləyirəm” deyə müraciət edib.
Klub rəhbərliyi bu transferi tamamlaymaq üçün bütün vasitələrdən istifadə edir. Məlumata görə, “Qalatasaray” “İnter”ə 5 milyon avro kredit və 10 milyon avro məcburi alış təklifi göndərib.
Qeyd edək ki, Çempionlar Liqası üçün heyətlər UEFA-ya təqdim olunub və Hakan Çalhanoğlu mövsümün ilk yarısında kənarda qalmağa da razılıq verib.