Qurban Qurbanov onun adını siyahıya niyə salmadı?

17:24 - 03 Sentyabr 2025

Qurban Qurbanov onun adını siyahıya niyə salmadı?

“Qarabağ”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsi üçün iştirak ərizəsində yeni transfer Joni Montielin yer almamasının səbəbi bəlli olub.


Manset.az Qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

Onun sözlərinə görə, ispaniyalı hücumameyilli yarımmüdafiəçinin hazırlıq durumu hələ ki, baş məşqçi Qurban Qurbanovu qane etmir:

“Əslində baş məşqçimiz də istəyirdi ki, bu cür futbolçu heyətdə olsun, amma onun indiki hazırlıq durumu buna imkan vermir. Q.Qurbanov “Karvan”la oyundan sonra da bildirmişdi ki, Montielin tam formaya düşməsi üçün müəyyən bir müddət lazımdır.  Ona görə də Montielin adı iştirak ərizəsinə daxil edilməyib”.

Montieldən başqa, uzun müddət zədəli olan yarımmüdafiəçi Aleksey İsayevin də adı UEFA-ya göndərilən siyahıda yoxdur.

Qeyd edək ki,  24 yaşlı Montiel bu yay İspaniyanın “Rayo Valyekano” klubundan transfer edilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az