Konfrans Liqası: Püşkatma təkrarlana, “Qarabağ”ın rəqibi dəyişə bilər

23:57 - 14 Dekabr 2021

Konfrans Liqası: Püşkatma təkrarlana, “Qarabağ”ın rəqibi dəyişə bilər

UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkatması təkrarlana bilər.

 

Manşet.az “Report” istinadən xəbər verir ki, buna səbəb tədbir zamanı yanlışlığa yol verilməsidir.

İngiltərədə “Tottenhem” və Fransanın “Renn” klubları arasında G qrupunun VI tur matçı koronavirusa görə təxirə salındığından və UEFA həmin görüşlə bağlı qərar vermədiyindən püşkatmada hər iki klub iştirak edib. Reqlamentə əsasən, pley-offda eyni ölkə təmsilçiləri üz-üzə gələ bilməz. Bu səbəbdən İngiltərənin digər klubu olan “Lester”in rəqibi müəyyənləşərkən “Tottenhem” və “Renn” klublarının adlarının yer aldığı şar kənarda saxlanılıb. Nəticədə Danimarka “Randers”i “tülkülər”ə rəqib olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az