DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda İslandiya - Azərbaycan matçında ilk hissə başa çatıb.
Manset.az xəbər verir ki, Azərbaycan millisi fasiləyə hesabda 0:1 geridə yollanıb.
Qarşılaşma Reykyavikdəki "Lauqardalsvöllur" stadionuda keçirilir.
***
22:37
DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda İslandiya - Azərbaycan matçında hesab açılıb.
Manset.az xəbər verir ki, qarşılaşma Reykyavikdəki "Lauqardalsvöllur" stadionuda keçirilir.
Matçı niderlandlı baş hakim Sander van der Eyk idarə edir.
***
22:45
DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandası ilk görüşünə çıxıb.
Manset.az xəbər verir ki, millimiz ilk turda İslandiya seçməsinin qonağıdır.
Niderlandlı hakim Sander van der Eykin idarə etdiyi görüş Reykyavikin "Lauqardasvöllur" stadionunda keçirilir:
***
21:44
Bu gün DÇ-2026-nın seçmə mərhələsində üz-üzə gələcək İslandiya və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb.
Manset.az xəbər verir ki, milli komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar:
İslandiya: 1. Elias Rafn Olafsson, 3. Daniel Leo Qretarsson, 5. Sverrir İnqason, 4. Viktor Palsson, 23. Mikael Ellertsson, 7. Hakon Haraldsson (k), 8. İsak Berqmann Yohannesso, 16. Stefan Tordarson, 10. Albert Qudmundsson, 11. Yon Daqur Torsteinsson, 22. Andri Qudyonsen.
Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 2. Rəhman Daşdəmirov, 4. Bəhlul Mustafazadə, 14. Elvin Bədəlov, 3. Elvin Cəfərquliyev, 13. Abbas Hüseynov, 6. Səbuhi Abdullazadə, 20. İsmayıl İbrahimli, 8. Emin Mahmudov (k), 10. Mahir Emreli, 19. Nəriman Axundzadə