Azərbaycan milli komandasının Ukrayna yığması ilə Bakıda keçirəcəyi DÇ-2026-nın seçmə mərhələ oyununun hakim təyinatları açıqlanıb.
Manset.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq görüşü Yunanıstandan olan hakimlər briqadası idarə edəcək.
Baş hakim FIFA referisi Vassilis Fotias olacaq. Ona Andreas Meintanas və Mixail Papadakis köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Anastasion Papapetru yerinə yetirəcək. VAR-da Angelos Evangelu, AVAR-da Yoannis Papadopulos əyləşəcək.
Qeyd edək ki, Azərbaycan – Ukrayna qarşılaşması sentyabrın 9-da, saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.