Bu gün DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyunlar keçiriləcək.
Manset.az xəbər verir ki, dörd qrupda ümumilikdə 7 görüş baş tutacaq.
Bütün matçlar eyni vaxtda başlayacaq.
B qrupunda 2-ci turun oyunları keçiriləcək ki, Kosovo İsveçi, İsveçrə isə Sloveniyanı qəbul edəcək.
C qrupunda isə 2-ci tur çərçivəsində Belarus – Şotlandiya və Yunanıstan – Danimarka görüşləri baş tutacaq.
İ qrupunun yeganə qarşılaşmasında İtaliya səfərdə İsrail ilə üz-üzə gələcək.
Nəhayət, L qrupunda 5-ci tur çərçivəsində Xorvatiya Monteneqronu, Cəbəllüttariq isə Farer adalarını qonaq edəcək.
Qeyd edək ki, ötən həftə ilk sınağında səfərdə İslandiyaya böyük hesabla (0:5) uduzan Azərbaycan millisi qrupda növbəti oyununu sabah - 9 sentyabrda Bakıda Ukraynaya qarşı keçirəcək.
DÇ-2026, seçmə mərhələ
8 sentyabr
B qrupu
22:45. Kosovo – İsveç
22:45. İsveçrə - Sloveniya
Xal durumu: İsveçrə - 3, İsveç - 1, Sloveniya - 1, Kosovo - 0.
C qrupu
22:45. Belarus – Şotlandiya
22:45. Yunanıstan – Danimarka
Xal durumu: Yunanıstan - 3, Yunanıstan - 1, Danimarka - 1, Belarus - 0.
İ qrupu
22:45. İsrail – İtaliya
Xal durumu: Norveç - 12, İsrail - 9, İtaliya - 6, Estoniya - 3, Moldova - 0.
L qrupu
22:45. Xorvatiya – Monteneqro
22:45. Cəbəllüttariq - Farer adaları
Xal durumu: Çexiya - 12, Xorvatiya - 9, Monteneqro - 6, Farer adaları - 3, Cəbəllüttariq - 0.