AFFA Santuşa nə qədər təzminat ödəyəcək?

16:06 - 08 Sentyabr 2025

AFFA Santuşa nə qədər təzminat ödəyəcək?

Xəbər verdiyimiz kimi, bu gün AFFA millinin baş məşqçisi Fernandu Santuşu istefaya göndərib. 


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu məqamda AFFA-nın portuqaliyalı mütəxəssisə nə qədər təzminat ödəyəcəyi maraq doğurub.

Ancaq çalışdırcı bu barədə müzakirə aparmaqdan imtina edib və bütün məsələlərə nümayəndəsinin aydınlıq gətirməsini istəyib.

Bildirilib ki, məşqçinin agenti tezliklə Bakıya gələcək və yekun razılaşma olacaq.

Xatırladaq ki, AFFA ötən ilin iyununda Santuşu baş məşqçi postuna təyin edərək onunla 3+1 illik müqavilə imzalamışdı. Belə olduğu halda  AFFA-nın mütəxəssisə təxminən 4 milyon manat təzminat ödəniləcəyi gözlənilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az