"Qarabağ" tarixi qələbə qazandı - YENİLƏNDİ

00:53 - 17 Sentyabr 2025

\"Qarabağ\" tarixi qələbə qazandı - YENİLƏNDİ

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun oyununda səfərdə "Benfika" (Portuqaliya) ilə qarşılaşıb.


Manset.az xəbər verir ki, "Eştadiu da Luş" stadionunda reallaşan matç "köhlən atlar"ın 3:2 hesablı tarixi qələbəsi ilə yekunlaşıb.

Hərçənd ki, qarşılaşmada ilk iki qolu meydan sahibləri vurublar. 6-cı dəqiqədə Entso Barrenеçеа, 10 dəqiqə sonra isə Vanqelis Pavlidis diqqət mərkəzinə düşüb.

Bundan sonra özündə güc tapan Azərbaycan çempionu matçda geri dönüş yarada bilib. İlk yarım saatın tamamında Leandro Andrade hesab arasındakı fərqi minimuma endiribsə, 48-ci dəqiqədə Kamilo Duran tablodakı rəqəmləri eyniləşdirib. "Qarabağ"ın qələbə qoluna isə Aleksey Kaşuk imza atıb. O, 86-cı dəqiqədə fərqlənib.

Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv II turda, oktyabrın 1-də Bakıda Danimarkanın "Kopenhagen" kollektivini qəbul edəcək.

***

00:46

UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun "Benfika" (Portuqaliya) - "Qarabağ" oyununda beşinci qol vurulub.


Manset.az xəbər verir ki, "Eştadiu da Luş" stadionunda keçirilən matçda Ağdam təmsilçisi hesabda irəli çıxıb- 3:2.

86-cı-ci dəqiqədə Aleksey Kaşuk rəqib diqqət mərkəzinə düşüb.

***

00:08

UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun "Benfika" (Portuqaliya) - "Qarabağ" oyununda dördüncü qol vurulub.


Manset.az xəbər verir ki, "Eştadiu da Luş" stadionunda keçirilən matçda Ağdam təmsilçisi hesabı bərabərləşdirib - 2:2.

48-ci dəqiqədə Kamilo Duran rəqib komandanın qapısına yol tapıb.

***

00:04

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunun "Benfika" - "Qarabağ" oyununda ikinci hissə başlayıb.


Manset.az xəbər verir ki, hazırda ev sahibləri 2:1 hesabı ilə irəlidədirlər.

***

23:49

UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun "Benfika" (Portuqaliya) - "Qarabağ" oyununda üçüncü qol vurulub.


Manset.az xəbər verir ki, "Eştadiu da Luş" stadionunda keçirilən matçda Ağdam təmsilçisi hesab arasındakı fərqi azaldıb - 2:1.

30-cu dəqiqədə Leandro Andrade adını tabloya yazdırıb.

***

23:19

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunun "Benfika" - "Qarabağ" oyununda ev sahibləri ikinci qolu vurublar.


Manset.az xəbər verir ki, ikinci topu16-cı dəqiqədə Pavlidis qapıdan keçirib.

***

23:09

UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun "Benfika" (Portuqaliya) - "Qarabağ" oyununda hesab açılıb.


Manset.az xəbər verir ki, "Eştadiu da Luş" stadionunda keçirilən matçda meydan sahibləri hesabda irəli çıxıblar.

***

23:00

UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın ilk matçı start götürüb.


Manset.az xəbər verir ki, təmsilçimiz Lissabonda "Benfika" ilə üz-üzə gəlir.


***

22:16

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunda qarşılaşacaq "Benfika" (Portuqaliya) və "Qarabağ" komandalarının start heyətləri açıqlanıb.


Manset.az xəbər verir ki, "Eştadiu da Luş" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:

"Benfika": Trubin, Antonio Silva, Barreneçea, Aursnes, Sudakov, Pavlidis, Dediç, Rios, Şyelderup, Dal, Otamendi;

"Qarabağ": Koxalski, Mateus Silva, Marko Yankoviç, Abdullah Zubir, Bəhlul Mustafazadə, Leandro Andrade, Duran, Kadi Borges, Pedro Bikalyo, Elvin Cəfərquliyev, Kevin Medina.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az