Ramil Şeydayev rəsmən "Qarabağ"da 

22:24 - 18 Sentyabr 2025

Ramil Şeydayev rəsmən \"Qarabağ\"da 

"Qarabağ" FK heyətini yeni hücumçu ilə gücləndirib.


Manset.az xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Ağdam təmsilçisi Ramil Şeydayevlə müqavilə imzalayıb.

Qeyd edək ki, "Neftçi" ilə qarşılıqlı razılıq əsasında yollarını ayıran hücumçu 2 illik fasilədən sonra yenidən "köhlən atlar"ın heyətinə qayıdıb.

Xatırladaq ki, 29 yaşlı futbolçu daha əvvəl 2017-2018 və 2021-2023-cü illərdə "Qarabağ"da forma geyinib.

Şeydayev peşəkar karyerası ərzində "Zenit" (Rusiya), "Trabzonspor" (Türkiyə), "Jilina" (Slovakiya), "Krılya Sovetov" (Rusiya), "Dinamo" (Moskva, Rusiya) və "Buriram Yunayted"də (Tayland) çıxış edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az