Sprint yarışının qalibi bəlli oldu: Formula 2 - YENİLƏNİB

15:12 - 20 Sentyabr 2025

Sprint yarışının qalibi bəlli oldu: Formula 2 - YENİLƏNİB

Bakı keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışının qalibi bəlli olub.


Manset.az Report-a istinadən xəbər verir ki, "Hıtech TGR"dən Dino Beqanoviç bütün rəqiblərini qabaqlayıb.

Onun komanda yoldaşı Luk Brouninq ikinci yeri tutub. "Rodin Motorsport"dan Aleks Dann ilk "3-lüy"ü tamamlayıb.

Ötən gün "Formula 2"nin sərbəst yürüşündə Aleks Dann, sıralama turunda isə "Dams Lukas Oil"dən Cek Krouford birinci olub.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.

***

14:16

Azərbaycan Qran-prisi çərçivəsində "Formula-2" kateqoriyasında sprint yarışına start verilib.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, 45 dəqiqə davam edəcək yarışın qalibi öz xal ehtiyatını artırmış olacaq. Belə ki, sprintin qalibi 10 xal qazanacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az