“Qızıl top” onun oldu 

02:00 - 23 Sentyabr 2025

“Qızıl top” onun oldu 

“Qızıl top” mükafatının qalibi bəlli olub.


Manset.az xəbər verir ki, 2024/25 mövsümündə mükafatın qalibi PSJ-nin və Fransa millisinin üzvü Usman Dembele olub. 

“Barselona”nın və İspaniya millisinin vingeri Yamin Lamal ikinci yeri tutub.

2024/25 mövsümündə Dembele PSJ ilə birgə 5 mükafat qazanıb. O, Fransa çempionatının, ölkə kubokunun, Superkubokunun, Çempionlar Liqasının və UEFA Superkubokunun qalibi olub. 

Fransız futbolçu ötən mövsüm 53 oyunda 35 qol vurub, 16 məhsuldar ötürmə müəllifi olub. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az