Misli Premyer Liqasının VI turunda "Qarabağ" "Qəbələ"yə qalib gəlib.
Manset.az xəbər verir ki, "Azərsun Arena"da keçirilən matç Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə bitib.
16-cı dəqiqədə Abdullah Zubir, 90+3-cü dəqiqədə isə Musa Qurbanlı dəqiq zərbə müəllifi olub.