"Qarabağ"-"Kopenhagen" oyununda ikinci hissə başladı: CANLI - YENİLƏNİR

21:50 - 01 Oktyabr 2025

\"Qarabağ\"-\"Kopenhagen\" oyununda ikinci hissə başladı: CANLI - YENİLƏNİR

Bakıda "Qarabağ" və Danimarkanın "Kopenhagen" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununda ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi hesabda öndədir - 1:0.

28-ci dəqiqədə Abdullah Zubir fərqlənib.

***

21:36

Bakıda "Qarabağ" və Danimarkanın "Kopenhagen" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununda ilk hissə başa çatıb.


Manset.az xəbər verir ki, Azərbaycan təmsilçisi fasiləyə öndə yollanıb - 1:0.

28-ci dəqiqədə Abdullah Zubir fərqlənib.

***

21:15

Bakıda "Qarabağ" və Danimarkanın "Kopenhagen" komandaları arasında təşkil olunan UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununda ilk qol vurulub.


Manset.az xəbər verir ki, Azərbaycan təmsilçisi hesabı açıb.

***

20:46

Bakıda "Qarabağ" və Danimarkanın "Kopenhagen" komandaları arasında təşkil olunan UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyunu başlayıb.


Manset.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matç saat 20:45-də start götürüb.

Qarşılaşmanı Niderlanddan olan FIFA referisi Serdar Gözübüyük idarə edir.

Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsinin I turunda Portuqaliyada "Benfika"ya qalib gəlib - 3:2. "Kopenhagen" isə evdə Almaniyanın "Bayer 04" klubu ilə heç-heçə edib - 2:2.

***

19:58

UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda üz-üzə gələcək "Qarabağ" və Danimarkanın "Kopenhagen" kollektivlərinin start heyətləri bəlli olub.


Manset.az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"də çıxacaqlar.

"Qarabağ": Mateuş Koxalski, Mateus Silva, Abdullah Zubir, Bəhlul Mustafazadə, Leandro Andrade, Kamilo Duran, Kadi Borges, Aleksey Kaşuk, Pedro Bikalyo, Elvin Cəfərquliyev, Kevin Medina

"Kopenhagen": Dominik Kotarski, Qabriel Perreyra, Pantelis Hatzidiakos, Yussuf Mukoko, Mohamed Elyunussi, Cordan Larsson, Lukas Lerager, Rodriqo Heskas, Markos Lopes, Roberto, Tomas Dileyni.

Qeyd edək ki, "Qarabağ" - "Kopenhagen" matçı bu gün, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az