İngiltərənin "Liverpul" komandası Çempionlar Liqasının "Qalatasaray"la matçında zədələnən və oyunu davam etdirə bilməyən Alisson Bekerin 2 həftə meydandan uzaq qalacağını açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, klubdan verilən açıqlamada 32 yaşlı qolkiperin şənbə günü "Çelsi" ilə matçda meydana çıxa bilməyəcəyi bildirilib.
UEFA Çempionlar Liqasının ikinci həftəsində "Qalatasaray" ın "Liverpul"a 1:0 hesabı ilə qalib gəldiyi oyunda zədələnən Bekker Viktor Osimhenin təkbətək mövqedən qurtarmasından sonra yerini Giorgi Mamardaşviliyə buraxıb.
Zədələnərək "Qalatasaray"la oyunu tərk etməli olan Uqo Ekitikenin "Çelsi" matçı üçün düşərgə heyətinə qatılmasının çətin olacağı açıqlanıb.