Çempionlar Liqasında "Liverpool" üzərindəki qələbə ilə diqqət çəkən "Qalatasaray"da bir çox futbolçu İngiltərə klublarının maraq dairəsinə düşüb.
Manset.az-ın məlumatına görə, baş məşqçi Okan Burukun əvvəlcə "Mançester Yunayted" və "Tottenham"a, indi isə "Liverpul"a qarşı qazandığı uğurlar Premyer Liqa klublarının diqqətindən yayınmayıb.
"Liverpool" matçında penalti ilə qələbə qolunu vuran Victor Osimhen, müdafiədə fərqlənən Wilfried Singo, eləcə də Barış Alper Yılmaz və Yunus Akgün İngiltərənin bir neçə klubu tərəfindən yaxından izlənir. Newcastle, Aston Villa və West Ham artıq Singo ilə maraqlanmışdı. Klub daxilində bu oyunçulara marağın artacağı gözlənilir.