Məşhur futbolçudan təsirli sözlər - "Sevgilimə söz vermişdim ki, qol yeməyəcəm"

12:11 - 03 Oktyabr 2025

Məşhur futbolçudan təsirli sözlər - \"Sevgilimə söz vermişdim ki, qol yeməyəcəm\"

"Lille"nin "Roma"ya qalib gəldiyi matçda 3 penaltidən xilas olan Türkiyə millisinin qapıçısı Berke Özer açıqlamasında "Matçdan əvvəl sevgilimə söz vermişdim ki, qol buraxmayacağım, amma bunun belə olacağını düşünmürdüm" deyib.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Berke Özerin ulduz performansı matçın son anlarında üç penaltidən xilasetmə ilə gəldi. Milli komandanın qapıçısı qanun pozuntularına görə təkrar edilən penalti zərbələrinin üçünün hamısını dəf edərək tarixi performans göstərdi.

Matçdan sonra açıqlama verən 25 yaşlı qolkiper sevincini belə dilə gətirib: "Çox xoşbəxtəm. Heç kim bir matçda üç penaltini xilas edəcəyini gözləyə bilməzdi. Bu, yuxu kimidir. İlk penaltini xilas edə biləcəyimi düşünürdüm, amma son ikisində işlər bir az qəribə oldu. Qarşılaşmadan əvvəl sevgilimə söz vermişdim ki, qol buraxmayacağam, amma bu, heç cürə alınmayacaq".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az