Azərbaycanın kamandan oxatanı Yaylagül Ramazanova Xankəndidə keçirilən III MDB Oyunları çərçivəsində təşkil olunan oxatma yarışlarında bu dəfə hakim qismində iştirak edib.
Manset.az xəbər verir ki, o, azyaşlı qızı ilə birlikdə hakimlik edib.
Xatırladaq ki, Yaylagül Paris-2024 Yay Olimpiya Oyunlarında 7 aylıq hamiləykən yarışlarda çıxış etmişdi. Olimpiya Oyunlarından cəmi iki ay sonra ana olan idmançının hekayəsi bir çox insanın diqqətini çəkmişdi