Futbolçular mükafatlandırıldılar - “Qarabağ”dan böyük jest 

21:23 - 03 Oktyabr 2025

Futbolçular mükafatlandırıldılar - “Qarabağ”dan böyük jest 

“Qarabağ” Çempionlar Liqasının ilk turunda “Benfika” üzərində qələbəyə görə futbolçuları mükafatlandırıb. 


Manset.az Apasport.az-a istinadən xəbər verir ki, Ağdam klubunun rəhbərliyi hər oyunçuya 70 min manat bonus təqdim edib.

Oyuna sonradan qoşulanlar bu məbləğin 75 faizini, ehtiyatda qalanlar isə 50 faizini alıblar.

Qeyd edək ki, “Qarabağ” ÇL-in II turunda “Kopenhagen”ə də 2:0 hesabı ilə qalib gəlib və 6 xalla turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az