Yamal yenidən zədələndi

23:37 - 03 Oktyabr 2025

Yamal yenidən zədələndi

"Barselona" komandasının ulduz futbolçusu Lamin Yamal 2-3 həftə yaşıl meydanlardan kənarda qalacaq.


  Manset.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisi "X" sosial şəbəkə hesabında məlumat verib.

Məlumata görə, Yamalın qasıq nahiyəsində yenidən ağrılar başlaması səbəbindən o, ölkə çempionatında "Sevilya"ya qarşı oyunu buraxacaq.

Qeyd edilir ki, vingerdə sözügedən ağrılar UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turu çərçivəsində evdə PSJ ilə matçda (1:2) başlayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az