İstanbul derbisində qalib müəyyənləşmədi - Super Liqa

23:31 - 04 Oktyabr 2025

İstanbul derbisində qalib müəyyənləşmədi - Super Liqa

Türkiyə Super Liqasının VIII turunun oyunları davam edir.


Manset.az Apasport-a istinadən xəbər verir ki, günün ilk matçında “Gənclərbirliyi” öz meydanında “Alanyaspor”u qəbul edib.

Dörd qolun vurulduğu qarşılaşmada qalib müəyyənləşməyib. Oyun 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Turun mərkəzi görüşündə isə “Qalatasaray” öz meydanında “Beşiktaş”la üz-üzə gəlib. Gərgin keçən matçın ilk hissəsi qonaqların minimalhesablı üstünlüyü ilə tamamlanıb. İkinci hissədə hücumlarının sayını artıran “cimbom” 55-ci dəqiqədə İlkay Gündoğanın vurduğu qolla hesabı bərabərləşdirib.

Görüş elə bu hesabla da yekunlaşıb - 1:1.

Türkiyə Super Liqası
VIII tur
15:30. "Gənclərbirliyi" - "Alanyaspor" - 2:2
18:00. "Kocaelispor" - "Eyüpspor" - 1:0
21:00. "Qalatasaray" - "Beşiktaş" - 1:1


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az