Arda formasını bu futbolçuya hədiyyə etdi 

10:50 - 05 Oktyabr 2025

Arda formasını bu futbolçuya hədiyyə etdi 

UEFA Çempionlar Liqasının Almatıda keçirilən oyunundan sonra maraqlı bir an yaşanıb. "Kayrat"ın müdafiəçisi Yeqor Sorokin matçdan sonra "Real Madrid"in türkiyəli ulduzu Arda Gülerlə forma mübadiləsi edib.


Manset.az xəbər verir ki, Sorokin bu barədə TASS agentliyinə danışıb və hadisəni belə xatırlayıb:

"Matçın sonunda bir-birimizə təşəkkür etdik, uğurlar arzuladıq. Arda Gülerə forma dəyişmək istədiyimi dedim. O isə zarafatla 'Sən öz formanı mənə ver, mən də səninkini' dedi. Mən də təbii ki, razılaşdım. Beləcə, formalarımızı dəyişdik."

Qeyd edək ki, bu maraqlı hadisə sentyabrın 30-da baş tutan qarşılaşmadan sonra yaşanıb. Görüşdə "Real Madrid" səfərdə "Kayrat"ı 5:0 hesabı ilə məğlub edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az