Bu gün Azərbaycan Premyer Liqasında 7-ci tura yekun vurulub.
Manset.az xəbər verir ki, turun son oyununda “Qəbələ” “Şamaxı”nı qəbul edib.
Qonaqlar bu oyunda tək qolla 3 xal qazanıblar.
Xatırladaq ki, daha öncə keçirilmiş oyunlarda “Araz-Naxçıvan” “İmişli”ni (2:0), “Qarabağ” “Kəpəz”i (1:0), “Turan Tovuz” “Sumqayıt”ı (3:0), “Sabah” “Karvan-Yevlax”ı (2:0) məğlub edib, “Zirə” – “Neftçi” görüşündə isə qalib müəyyənləşməyib – 2:2.
7-ci tur
5 oktyabr
“Qəbələ” – “Şamaxı” 0:1
Qol: Rikardo Apolinario, 8-pen.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov.
Qəbələ şəhər stadionu, 17:30.