FİFA-dan Türk klublarına cəzalar davam edir.
Manset.az-ın məlumatına görə, sentyabr ayında "Antalyaspor"un transfer qadağası ilə cəzalandırılmasından sonra FIFA daha 2 kluba – "Eyüpspor" və "Kayserispor"a da transfer qadağası qoyub.
"Antalyaspor", futbolçu Erdal Rakipin alacaqları səbəbilə artıq iki dəfə cəzalandırılıb və transfer edə bilməsi üçün hələ də FIFA-da iki problemi həll etməlidir.
"Eyüpspor" və "Kayserispor"un da transfer qadağası var və hər iki klub bu məsələni qış transfer dönəminə qədər həll etməlidir.
Super Liqada uğursuz çıxış edən bu komandalar hazırda liqanın alt sıralarındadır. "Kayserispor" bu mövsüm qalibiyyət qazana bilməyən yeganə komandadır, "Eyüpspor" isə uğursuz nəticələrdən sonra baş məşqçi Selçuk Şahinlə yollarını ayırıb.