İspaniya Milli Futbol Komandasının yarımmüdafiəçisi Rodri, zədələndiyinə görə Gürcüstan və Bolqarıstanla keçiriləcək 2026 FIFA Dünya Çempionatının seçmə oyunlarında iştirak edə bilməyəcək.
Manset.az xəbər verir ki, "Manchester City"nin yarımmüdafiəçisi Rodri, Brentford ilə keçirilən oyunda aldığı zədə səbəbindən İspaniya millisinin heyətindən çıxarılıb.
İspaniya Futbol Federasiyasının yaydığı məlumata görə, Rodri-nin zədəsi səbəbindən baş məşqçi onu milli komandanın heyətindən kənarlaşdırıb.
Qeyd edək ki, Türkiyənin də yer aldığı E qrupunda ilk iki oyununu qalib başa vuran və lider olan İspaniya, 11 oktyabrda Gürcüstanı, 14 oktyabrda isə Bolqarıstanı öz meydanında qəbul edəcək.