Braziliyalı futbolçunun dönəcəyi vaxt bəlli oldu

22:54 - 08 Oktyabr 2025

Braziliyalı futbolçunun dönəcəyi vaxt bəlli oldu

“Fənərbaxça”nın braziliyalı qapıçısı Ederson Moraesin yaşıl meydanlara nə zaman dönəcəyi məlum olub.


Manset.az xəbər verir ki, bu barədə idman jurnalisti Yağız Sabuncuoğlu “X” hesabında məlumat yayıb.

Bildirilib ki, Türkiyə Super Liqasının 8-ci turunda “Fənərbaxça”nın səfərdə “Samsunspor”la 1:1 hesabı ilə bərabərə qaldığı qarşılaşmadan öncə zədələnən və heyətdən çıxarılan Edersonun müalicə prosesi artıq başlayıb. Edersonun növbəti turdan etibarən komanda ilə məşqlərə qoşulacağı gözlənilir.

Məlumata görə, təcrübəli qapıçı hazırda fərdi bərpa proqramı çərçivəsində çalışır və həkimlər onun vəziyyətinin yaxşı istiqamətdə irəlilədiyini bildiriblər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az