Fransa Azərbaycanla oyunda hesab arasındakı fərqi artırdı: CANLI - YENİLƏNİR

00:32 - 11 Oktyabr 2025

Fransa Azərbaycanla oyunda hesab arasındakı fərqi artırdı: CANLI - YENİLƏNİR

DÇ-2026-nın seçmə mərhələsinin Fransa - Azərbaycan oyununda üçüncü qol vurulub.


Manset.az xəbər verir ki, Parisdəki "Park de Prens" stadiondakı matçda meydan sahibləri üstünlüklərini bir qədər də möhkəmləndiriblər - 3:0.

84-cu dəqiqədə Floryen Toven fərqlənib.

***

00:17

DÇ-2026-nın seçmə mərhələsinin Fransa - Azərbaycan oyununda ikinci qol vurulub.


Manset.az xəbər verir ki, Parisdəki "Park de Prens" stadiondakı matçda meydan sahibləri üstünlüklərini bir qədər də möhkəmləndiriblər - 2:0.

69-cu dəqiqədə Adrien Rabyo başla dəqiq oynayıb.


***

10 oktyabr, 23:54

DÇ-2026-nın seçmə mərhələsinin Fransa - Azərbaycan oyununda ikinci hissə başlayıb.


Manset.az xəbər verir ki, Parisdəki "Park de Prens" stadiondakı matçda meydan sahibləri 1:0 hesabı ilə öndədirlər.

Qarşılaşmanı norveçli baş hakim Rohit Saqqi idarə edir.

***

23:36

DÇ-2026-nın seçmə mərhələsinin Fransa - Azərbaycan oyununda ilk hissə başa çatıb.


Manset.az xəbər verir ki, Parisdəki "Park de Prens" stadiondakı matçın 45+1-ci dəqiqəsində meydan sahibləri hesabı açıblar.

Kilian Mbappe adını tabloya yazdırıb.

***

22:46

Parisin "Park de Prens" stadionunda DÇ-2026 seçmə mərhələsi çərçivəsində Fransa - Azərbaycan qarşılaşması start götürüb.


Manset.az xəbər verir ki, matçı Rohit Saqqinin rəhbərliyi ilə Norveçdən olan hakimlər briqadası idarə edir.

***

22:17

DÇ-2026-nın seçmə mərhələsində üz-üzə gələcək Fransa və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb.


Manset.az xəbər verir ki, milli komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:

Fransa: Mayk Menyan, Malo Qyusto, Dayo Upamekano, Kinqsli Koman, Yoqo Ekitike, Kilian Mbappe, Maykl Olise, Adrien Rabyo, Vilyam Saliba, Kefren Tyuram, Teo Ernandes.

Azərbaycan: Şahruddin Məhəmmədəliyev, Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə, Anton Krivotsyuk, Emin Mahmudov, Mahir Emreli, Rüstəm Əhmədzadə, Elvin Bədəlov, Abdulla Xaybullayev, Toral Bayramov, Qismət Alıyev.

Qeyd edək ki, Fransa - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az