"Futbolçuların əzmkarlıq göstərmələri vacib idi" - Ayxan Abbasov

09:13 - 11 Oktyabr 2025

 \"Futbolçuların əzmkarlıq göstərmələri vacib idi\" - Ayxan Abbasov

"Azərbaycan futbolçularının əzmkarlıq göstərmələri vacib idi".


Manset.az Report-a istinadən xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsində Fransaya qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis məğlub olduqları qarşılaşmanı şərh edib:

"Oyunun çətin keçəcəyini bilirdik. Fransa yığmasının necə ciddi hazırlaşdığını da görürdük. Üstəlik, azarkeş dəstəyi də var idi. Rəqibin ilk dəqiqələrdəki pressinqinə hazır idik. Birinci hissənin son dəqiqələrində qol buraxmasaydıq, ikinci hissədə bəlkə daha yaxşı olardı. İstənilən halda, bugünkü oyunda göstərdikləri əzmkarlığa görə futbolçularımıza təşəkkür edirəm. Bu, mənim üçün çox vacib idi. Belədə getdikcə rahat olacaq. Bizi üç gündən sonra daha ağır matç gözləyir. Artıq Ukrayna ilə qarşılaşmaya hazırlaşacağıq. Təbii ki, vaxt az olduğu üçün çətinlik olacaq. Amma heyətimiz genişdir, digər oyunçularımız da hazırdırlar. Ukrayna millisi də ağır İslandiya səfərindən sonra bizimlə oyuna çıxacaq".

Qeyd edək ki, Fransa - Azərbaycan oyunu birincilərin 3:0 hesablı qələbəsi ilə bitib. Yığma növbəti matçını oktyabrın 13-də Polşanın Krakov şəhərində Ukrayna yığmasına qarşı keçirəcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az