PSJ-nin gənc müdafiəçisi Lukas Beraldo karyerasını Türkiyədə davam etdirə bilər.
Manset.az Qol.az-a istinadən xəbər verir ki, “Qalatasaray” heyətini braziliyalı futbolçu ilə gücləndirmək istəyir.
Xəbərdə bildirilib ki, İstanbul klubu 21 yaşlı mərkəz müdafiəçisini qış transfer pəncərəsində satınalma şərti ilə icarəyə götürəcək.
Xatırladaq ki, PSJ Beraldonu 2024-cü ilin yanvarında Braziliyanın “San Paulo” klubundan transfer edib. O, bu mövsüm Paris təmsilçisinin heyətində 10 rəsmi oyuna çıxaraq 1 qola imza atıb.