Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsinin oyununda səfərdə Ukrayna ilə qarşılaşıb.
Manset.az xəbər verir ki, Krakovdakı "Krakoviya" stadionunda keçirilən matç rəqib komandanın 2:1 hesablı qələbəsi ilə bitib.
Ukraynalıların heyətində Aleksey Quçulyak (30) və Ruslan Malinovski (64) fərqləniblər. Yığmanın yeganə qolu isə rəqibin heyətində Vitali Mikolenkonun ayağına yazılıb. O, 45+3-cü dəqiqədə avtoqol müəllifi olub.
Qeyd edək ki, Fransa millisi 10 xalla D qrupunun lideridir. Ukrayna 7 xalla ikinci pillədə qərarlaşıb. 4 xalı olan İslandiya üçüncü, 1 xala malik Azərbaycan sonuncudur.
***
00:12
DÇ-2026-nın seçmə mərhələsinin Ukrayna - Azərbaycan üçüncü qol vurulub.
Manset.az xəbər verir ki, Krakovdakı "Krakoviya" stadionunda keçirilən matçda rəqib hesabda irəli çıxıb - 2:1.
64-cü dəqiqədə Ruslan Malinovski fərqlənib.
***
13 oktyabr, 23:52
DÇ-2026-nın seçmə mərhələsinin Ukrayna - Azərbaycan oyununda ikinci hissə başlayıb.
Manset.az xəbər verir ki, Krakovdakı "Krakoviya" stadionunda keçirilən matçda hesab bərabərdir - 1:1.
Matçı avstriyalı baş hakim Sebastyan Qishamer idarə edir.
***
23:39
DÇ-2026-nın seçmə mərhələsinin Ukrayna - Azərbaycan oyununda ilk hissə başa çatıb.
Manset.az xəbər verir ki, Krakovdakı "Krakoviya" stadionunda keçirilən matçda hesab bərabərdir - 1:1.
Matçı avstriyalı baş hakim Sebastyan Qishamer idarə edir.
***
23:34
DÇ-2026-nın seçmə mərhələsinin Ukrayna - Azərbaycan oyununda hesab bərabərləşib.
Manset.az xəbər verir ki, Krakovdakı "Krakoviya" stadionunda keçirilən matçda yığmamız bərabərlik qolunu vurub -1:1.
45+3-cü dəqiqədə Nəriman Axundzadə "status-kvo"nu bərpa edib.
***
23:21
DÇ-2026-nın seçmə mərhələsininUkrayna - Azərbaycan oyununda hesab açılıb.
Manset.az xəbər verir ki, Krakovdakı "Krakoviya" stadionunda keçirilən matçda rəqib hesabda irəli çıxıb.
30-cu dəqiqədə Ruslan Malinovski başla dəqiq oynayıb.
***
22:45
Futbol üzrə milli komandamız 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsi çərçivəsində Polşanın Krakov şəhərində Ukrayna seçməsi ilə üz-üzə gəlir.
Manset.az xəbər verir ki, Polşanın Krakov şəhərində yerləşən "Krakoviya" stadionunda keçirilən oyun başlayıb.