U-21 millimiz Şotlandiyaya qarşı

10:10 - 14 Oktyabr 2025

U-21 millimiz Şotlandiyaya qarşı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün dördüncü oyununa çıxacaq.


Manset.az xəbər verir ki, B qrupunda yer alan millimiz Bakıda Şotlandiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

“Dalğa Arena”da keçiriləcək görüş saat 19:00-da başlayacaq. Matçı Qazaxıstandan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, millimiz bunadək səfərdə Portuqaliya və Çexiyaya eyni hesabla -  0:5 uduzub, Bakıda Bolqarıstanla 1:1 hesablı heç-heçə edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az