Bu gün kişi şahmatçılardan ibarət Azərbaycan millisi Gürcüstanın Batumi şəhərində təşkil olunan komandalararası Avropa çempionatında həlledici görüşə çıxıb.
Manset.az xəbər verir ki, yığmamız son turda Serbiya ilə üz-üzə gəlib.
Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Eltac Səfərlidən ibarət kollektiv qələbə qazansa, dördüncü çempionluğunu rəsmiləşdirəcəkdi. Ancaq oyun Serbiyanın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Hesabında 13 xal olan Azərbaycan millisinin yekun sıralamadakı mövqeyi digər görüşlər bitəndən sonra müəyyənləşəcək.
Xatırladaq ki, Azərbaycan millisi 2009, 2013 və 2017-ci illərdə Avropa çempionu olub.