U-21 millimiz Şotlandiya ilə məhsuldar heç-heçə edib

21:23 - 14 Oktyabr 2025

U-21 millimiz Şotlandiya ilə məhsuldar heç-heçə edib

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.


Manset.az xəbər verir ki, Bakıda Şotlandiyanın müvafiq yaş kateqoriyasından ibarət kollektivi ilə üz-üzə gələn yığma 3:3 hesablı heç-heçəyə razılaşıb.

"Liv Bona Dea Arena" stadionunda keçirilən matçda ev sahibi komandanın qollarını Xəyal Əliyev (7, 49-pen) və Şahin İbrahimov (79) vurublar. Rəqibin heyətində isə Devid Uotson, (33) Lyuk Qrem (44) və Semuel Klipp Hardinq (90+1) adlarını tabloya yazdırıblar.

Qeyd edək ki, bu nəticədən sonra Rəşad Eyyubovun rəhbərlik etdiyi milli B qrupunda ikinci heç-heçəsinə imza ataraq, xallarının sayını 2-ə çatdırıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az