“Əl-Nəsr”in və Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldo yeni idman rekordu müəyyənləşdirib.
Manset.az xəbər verir ki, Ronaldo karyerasında 947-ci qolunu Portuqaliyanın DÇ-2026-nın seçmə mərhələsində Macarıstana qarşı oyunu zamanı vurub.
Bu qol Ronaldonun 40-cı qolu olub və dünya çempionatının seçmə oyunlarında vurulan qollara görə rekorddur.
Bundan əvvəlki rekord dünya çempionatının seçmə mərhələsində 39 qol vuran Qvatemala millisinin hücumçusu Karlos Ruisə məxsus idi.