Bu dəfə onu “Real” istəyir

00:30 - 16 Oktyabr 2025

Bu dəfə onu “Real” istəyir

“Real” “Yuventus”un gənc forvardı Kenan Yıldızı transfer siyahısına daxil edib.


Manset.az Qol.az-a istinadən xəbər verir ki, Madrid klubu UEFA Çempionlar Liqasında “Yuventus” ilə qarşılaşacaqları görüşdə türkiyəli futbolçunun çıxışını yaxından izləməyi planlaşdırır.

İspaniyanın “Defensa Central” nəşri yazır ki, gənc oyunçunun performansı müsbət qiymətləndirilsə, “Real” qış transfer pəncərəsində onunla bağlı rəsmi addım ata bilər.

Qeyd edək ki, Kenan Yıldız bu mövsüm “Yuventus”un heyətində 16 oyunda meydana çıxaraq 9 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, oktyabrın 22-si keçiriləcək “Real” - “Yuventus” matçı saat 23:00-da start götürəcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az