"Fənərbaxça" gələn ilin yayında klubla müqaviləsi başa çatan Anderson Talişka ilə bağlı qərar verib.
Manset.az Trend-ə istinadən xəbər verir ki, Super Liqa nəhəngi braziliyalı hücumameyilli yarımmüdafiəçi ilə yollarını ayıracaq.
Talişkanın performansı məşqçilər korpusunu qane etmir.
Klub rəhbərliyi də yüksək maaş alan 31 yaşlı futbolçudan qurtulmaq istəyir.