Misli Premyer Liqasında 8-ci turun oyunları keçirilir.
Manset.az xəbər verir ki, bu gün daha 2 oyun baş tutacaq.
“İmişli” Qubada “Qəbələ” ilə qarşılaşacaq. Günün digər oyununda “Sumqayıt” “Karvan”ı qəbul edəcək.
Daha öncə keçirilmiş oyunlarda “Şamaxı” “Kəpəz”ə (1:4), “Turan Tovuz” “Qarabağ”a (1:2) uduzub. “Sabah” – “Zirə” və “Neftçi” – “Araz-Naxçıvan” oyunları isə sabah keçiriləcək.
Misli Premyer Liqası
8-ci tur
18 oktyabr
“İmişli” – “Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Elvin Bayramov.
Quba Olimpiya İdman Kompleksinin stadionu, 14:30.
“Sumqayıt” – “Karvan”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Kamran Əliyev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 18:00.