"Qalatasaray"ın ulduz yarımmüdafiəçisi İlkay Gündoğan Bodo-Glimt oyunu öncəsi son məşqdə zədələnib. Təcrübəli futbolçu Çempionlar Liqası matçında iştirak etməyəcək.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, UEFA Çempionlar Liqasında "Bodo-Glimt"lə qarşılaşacaq "Qalatasaray" mühüm matç öncəsi şok xəbər alıb.
Əli Naci Küçükün dediyinə görə, sarı-qırmızılıların ulduz futbolçusu İlkay Gündoğan son taktiki məşq zamanı zədə alıb.