"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyununda səfərdə "Atletik" (Bilbao, İspaniya) ilə qarşılaşıb.
Manset.az xəbər verir ki, "San Mames" stadionunda reallaşan matç meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
***
22:34
UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun "Atletik" (Bilbao, İspaniya) - "Qarabağ" oyununda dördüncü qol vurulub.
Manset.az xəbər verir ki, "San Mames" stadionunda keçirilən matçda meydan sahibləri hesabdakı üstünlüklərini bir qədər də möhkəmləndiriblər.
88-ci dəqiqədə Qorka Quruseta dubl müəllifi olub.
***
22:18
UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun "Atletik" (Bilbao, İspaniya) - "Qarabağ" oyununda üçüncü qol vurulub.
Manset.az xəbər verir ki, "San Mames" stadionunda keçirilən matçda meydan sahibləri hesabda irəli çıxıblar - 2:1.
70-ci dəqiqədə Robert Navarro fərqlənib.
***
21:51
UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun "Atletik" (Bilbao, İspaniya) - "Qarabağ" oyununda ikinci hissə başlayıb.
Manset.az xəbər verir ki, "San Mames" stadionunda keçirilən matçda tərəflər hərəyə 1 dəfə fərqləniblər.
Qarşılaşmanı Xorvatiyadan olan FIFA referisi İqor Payaç idarə edir.
***
21:36
UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun "Atletik" (Bilbao, İspaniya) - "Qarabağ" oyununda ilk hissə başa çatıb.
Manset.az xəbər verir ki, "San Mames" stadionunda keçirilən matçda tərəflər hərəyə 1 dəfə fərqləniblər.
Qarşılaşmanı Xorvatiyadan olan FIFA referisi İqor Payaç idarə edir.
***
21:28
UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun "Atletik" (Bilbao, İspaniya) - "Qarabağ" oyununda hesab bərabərləşib.
Manset.az xəbər verir ki, "San Mames" stadionunda keçirilən matçda qonaqlar "status-kvo"nu bərpa edib - 1:1.
40-cı dəqiqədə Qorka Quruseta adını tabloya yazdırıb.
***
Leandro Andrade erkən qolla hesabı açır.
***
20:45
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin üçüncü turu çərçivəsində "Atletik Bilbao" -"Qarabağ" qarşılaşması start götürüb.
Manset.az xəbər verir ki, Bilbao şəhərinin "San Mames" stadionunda keçirilən matçı xorvatiyalı hakim İqor Payats idarə edir.
***
19:49
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda qarşılaşacaq "Atletik Bilbao" və "Qarabağ" komandalarının start heyətləri açıqlanıb.
Manset.az xəbər verir ki, "San Mames" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:
"Atletik": Unai Simon, Andoni Qorosabel, Aytor Paredes, Oyan Sanset, İnyaki Uilyams, Niko Uilyams, Qorka Quruseta, Emerik Lyaport, Yuri Berşiş, Mikel Xauregisar, Alexandro Reqo
"Qarabağ": Mateuş Koxalski, Kevin Medina, Mateus Silva, Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Kadi Borges, Pedro Bikalyo, Abdullah Zubir, Leandro Andrade, Kamilo Duran, Nəriman Axundzadə.