"Qalatasaray"ın məşhur ulduzu bu oyunları qaçıracaq

14:50 - 23 Oktyabr 2025

\"Qalatasaray\"ın məşhur ulduzu bu oyunları qaçıracaq

Çempionlar Liqasında "Bodo-Glimt" matçı öncəsi zədələnən İlkay Gündoğanın vəziyyətinə aydınlıq gətirilib.



Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, "Qalatasaray"ın Premyer Liqa transferi İlkay Gündoğan Bodo-Glimt matçı öncəsi zədələnib və oynaya bilməyib.

34 yaşlı futbolçunun hazırkı durumu və buraxacağı matçlar məlum olub. Gündoğanın sağalması ən az iki həftə davam edəcək.

Belə ki, Gündoğanın Superliqada "Göztəpə" və "Trabzonspor"la, Çempionlar Liqasında isə "Ayaks"la matçlarda oynaması gözlənilmir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az