"Qarabağ" növbəti sınaq qarşısında - UEFA Çempionlar Liqası

09:08 - 10 Dekabr 2025

\"Qarabağ\" növbəti sınaq qarşısında - UEFA Çempionlar Liqası

UEFA Çempionlar Liqasının əsas mərhələsinin altıncı turunda “Qarabağ” bu gün növbəti oyununa çıxacaq.


Manset.az xəbər verir ki, təmsilçimiz Niderlandın “Ayaks” klubu ilə üz-üzə gələcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirələcək matç Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.

Qeyd edək ki, “Qarabağ” növbəti oyununu yanvarın 21-də doğma meydanda “Ayntraxt Frankfurt” klubuna qarşı keçirəcək.

Xatırladaq ki, “Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk beş turunda iki qələbə, bir heç-heçə və iki məğlubiyyətdən sonra yeddi xal toplamağı bacarıb.

10 dekabr

UEFA Çempionlar Liqası

VI tur

Saat 21:45, “Qarabağ” - “Ayaks”.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az