"Real Madrid"in baş məşqçisi bu gecə qovula bilər

13:59 - 10 Dekabr 2025

\"Real Madrid\"in baş məşqçisi bu gecə qovula bilər

UEFA Çempionlar Liqasının VI turunda “Real Madrid”  “Manchester City”si ilə qarşılaşacaq. Görüş Madrid klubu üçün həyati əhəmiyyət daşıyır – qələbə komandanı ilk səkkizlikdə möhkəmləndirə, məğlubiyyət isə baş məşqçi Xabi Alonsonun istefasına səbəb ola bilər.


Manset.az-in xarici mətbuata istinadən məlumatına görə, Pablo Pinto bildirib ki, Alonso istefaya göndərilərsə, bunun əsas məsuliyyəti oyunçuların üzərinə düşəcək:

“Toxunulmazlara toxunsan, problem yaşayırsan. Alonso sərtlik gətirdi, amma işə yaramadı.”

Antonio Romero isə xəbərdarlıq edib:

“Alonso getsə, deyiləcək ki, oyunçular nə istəyirlərsə edirlər. Klub daha böyük böhran görə bilər.”

Javier Herraesə görə, Madrid soyunma otağında nəzarət uzun müddətdir futbolçuların əlindədir və bəzi oyunçular titullarına uyğun olmayan özünəinam göstərir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az