"Qarabağ"dan möhtəşəm qol: CANLI - YENİLƏNİR

22:51 - 10 Dekabr 2025

\"Qarabağ\"dan möhtəşəm qol: CANLI - YENİLƏNİR

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda növbəti qol vurulub.


Manset.az xəbər verir ki, Azərbaycan təmsilçisi yenidən hesabda önə keçib - 2:1.

47-ci dəqiqədə Mateus Silva fərqlənib.

***

22:47

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda ikinci hissə start götürüb.


Manset.az xəbər verir ki, hazırda hesab bərabərdir - 1:1.

Azərbaycan təmsilçisinin heyətində Kamilo Duran 10-cu dəqiqədə hesabı açıb. Qonaqlarda Kasper Dolberq 39-cu dəqiqədə tarazlığı bərpa edib.


***

22:31

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda ilk hissə başa çatıb.


Manset.az xəbər verir ki, komandalar fasiləyə bərabərliklə yollanıblar - 1:1.

Azərbaycan təmsilçisinin heyətində Kamilo Duran 10-cu dəqiqədə hesabı açıb. Qonaqlarda Kasper Dolberq 39-cu dəqiqədə tarazlığı bərpa edib.

***

22:26

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda ikinci qol vurulub.


Manset.az xəbər verir ki, qonaqlar hesabı bərabərləşdirib - 1:1.

Kasper Dolberq 39-cu dəqiqədə fərqlənib.

***

21:58

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda hesab açılıb.


Manset.az xəbər verir ki, matçda ilk qolu Azərbaycan təmsilçisi vurub.

10-cu dəqiqədə Kamilo Duran adını tabloya yazdırıb.

***

21:46

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI tur oyununda Azərbaycan təmsilçisi "Qarabağ" Niderlandın "Ayaks" komandası ilə üz-üzə gəlir.


Manset.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş başlayıb.

Görüşü sloveniyalı hakim Rade Obrenoviç idarə edir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az