"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Ayaks"la oyunda futbolçulardan razı qalıb.
Manset.az xəbər verir ki, bunu mütəxəssis mətbuat konfransında deyib.
O, Bakıda Niderland komandasına uduzduqları (2:4) UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Rəqibi təbrik edirəm. Futbolçularımdan razı qaldım. Son illər belə sürətli oyun nadir hallarda olur. Bu cür komandalar səhvləri bağışlamır. UEFA Çempionlar Liqasında istənilən nəticəni gözləmək lazımdır. Meydanda döyüşərək məğlub olduq. Heç-heçə haqqında düşünmürdük. Qalibiyyət barədə fikirləşirdik. Azarkeşlərə təşəkkür edirəm. Futbol bayramı idi. Sadəcə qələbə çatmadı. Belə nəticələrə hazır olmaq lazımdır".
Q.Qurbanov görüşdə daha çox qol epizodlarının olduğunu da vurğulayıb.